adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
02 Oktyabr 2014 03:45
4644
DÜNYA
A- A+

NATO İŞİD-lə mübarizəyə qoşula bilər

Türkiyəyə hücum olarsa, NATO-nun 5-ci maddəsinə müraciət ediləcək.

Bunu NATO-nun yeni baş katibi Jens Stoltenberq keçirdiyi mətbuat konfransında deyib.
.
Yeni baş katib bəyan edib ki, Türkiyə hər hansı bir hücuma məruz qalarsa, Alyansın ortaq müdafiə ilə bağlı maddəsi qüvvəyə minəcək və Türkiyə müdafiə olunacaq.

Jens Stoltenberq həmçinin bildirib ki, gələn həftə Türkiyəyə səfər edəcək.

Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Devid Kemeron da sabah Türkiyəyə bir günlük səfər edəcək.

Xatırladaq ki, Türkiyənin İraq və Suriya ilə sərhəd bölgələri təhlükə altındadır. Belə ki, İŞİD terror qruplaşması ölkə sərhədlərinin 100-150 metrliyinə qədər yaxınlaaşıblar. Burada kürdlərlə İŞİD-çilər arasında şiddətli döyüşlər gedir.