adalet.az header logo
  • Bakı 20°C
02 Oktyabr 2014 03:42
3790
MƏMLƏKƏT
A- A+

Məkkədə Heydər Əliyevin ruhuna ehsan verilib

Məkkədə müsəlmanların Həcc ziyarəti davam edir. Son illərin ənənəsinə uyğun olaraq Məkkədə Heydər Əliyevin ruhuna ehsan verilib.

ANS TV-nin məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Heydər Əliyevin ruhuna verilən ehsan Qurandan dualar oxunmaqla başlanıldı. Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin müftisi artıq bir neçə ildir Həccə gələn zəvvarlara Heydər Əliyevin ruhuna ehsan süfrəsi açılmasının ənənə halına çevrildiyini bildirdi.

QMİ-nin nümayəndəsi Həmdulla Babayevin sözlərinə görə, hər il olduğu kimi Şeyx həzrətlərinin şəxsi təşəbbüsü ilə ulu öndərimiz mərhum Heydər Əliyevin ruhuna dualar oxunur və ehsan süfrəsi açılır: "Bu ənənə bir neçə illər sonra da davam edəcək. Çünki bizim ulu öndərimizin Həcc missiyasının bu cür təmtərağa çatmasında böyük dəstəyi olub. Bax bunu nəzərə alaraq bizim Qafqaz Müsəlmanları İdarəsini xüsusən onun başçısı Şeyxin təşəbbüsü ilə dualar oxunur və ehsanlar verilir”.

Qeyd edim ki, ehsan süfrəsi bir neçə yerdə qadın və kişi zəvvarlar üçün ayrı-ayrılıqda təşkil olundu. Ehsan zamanı həmçinin torpaqlarımız uğrunda canlarından keçən şəhidlərin ruhuna da dualar oxundu.