adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
02 Oktyabr 2014 02:58
3875
DÜNYA
A- A+

İŞİD bombalandı

"İslam dövləti” ekstremist qruplaşması ilə mübarizə aparan beynəlxalq koalisiyanın təyyarələri İraqın Kərkük əyalətindəki yaraqlıların təlim-tədris bazasına aviazərbə endiriblər. 


Bu barədə çərşənbə günü "Əs-Sumariya” yerli telekanalı xəbər verir.

"Amerika təyyarələri bu gün axşam "İslam dövləti”nin Əl-Xauci (Kərkük şəhərindən 55 kilometr cənub-qərbdə) rayonundakı düşərgəsinə aviazərbə endiriblər, nəticədə ən azı 13 nəfər öldürülüb, 10 silahlı isə yaralanıb; 8 ədəd pulemyot daşıyan və insanların daşınması üçün istifadə olunan bir avtomobil dağılıb ", - İraq hərbçisi bildirib.