adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
01 Oktyabr 2014 18:13
4068
MƏMLƏKƏT
A- A+

Arif Hacılının qardaşından Qubad İbadoğluna sərt cavab

"Nə sən, nə də sənə ələkçinin qılverənliyini edən Vurğun Əyyub üzə çıxırdınız, qınınıza girmişdiniz"

Müsavatın yeni başqanı Arif Hacılının qardaşı Vaqif Hacıbəyli başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun ittihamlarına özünün "facebook" profilində yazdığı statusla  cavab verib.

Adalet.az Mustafa Hacıbəylinin yazısını olduğu kimi təqdim edir: "Qubad İbadoğlu APA- ya müsahibəsində deyib ki,Əhrar Partiyasında cəmi bir nəfər var.Tutaq ki, bir nəfər var. Nə olsun? Harada tapsan ki,mən iki nəfərin olduğunu demişəm,onda deyərsən ki, yalan demişəm. Əhrar Partiyası ümumiyyətlə yoxdu, heç kağız üzərində də yoxdu. Başqa partiyaların möhürü var, bunun heç möhürü də yoxdur. Oldumu? Bitdimi? Rahatlanın. Bu mövzunu zəhmət olmasa elə buradaca birdəfəlik bitirək. Yəni mən bitirirəm, kim istəsə davam edə bilər, onsuz da deyiləsi başqa şəbədəniz qalmayıb. Etnik məsələsini saldınız ortaya, lax çıxdı. Təzə mövzu tapana kimi bir az bu mövzunu çeynədin, ağzınız şirin olsun. Həm də bəy deyir ki, qardaşı Musavatdadır deyə Vaqif Hacıbəylinin Musavatdan danışmağa nə mənəvi, nə də siyasi haqqı yoxdu.Pardon, burda saxla bir az.

Ay yoldaş, kim alıb bu haqqı mənim əlimdən? Bəlkə belə qanun çıxıb, mənim xəbərim yoxdu? Bəlkə hesab edirsiniz ki, bu etik cəhətdən düzgün deyil? Əgər belədirsə, hörmətli İsa Qəmbərin qardaşı səni açıq müdafiə edəndə, səni açıq təbliğ edəndə niyə bu etik norma yadına düşmədi, niyə demədin ki, bu ailə partiyası deyil, sənin məni təbliğ etməyin yerlərdə İsa bəyin mövqeyi kimi qiymətləndirilə bilər, bu cür təbliğatı da aparırdınız. Hərçənd mən özüm şəxsən burada bir qəbahət görmürəm. Yəni bu halda yanaşmada bir ayrı-seçkilik var. Bunlar öz yerində.

Mən 2003-cü ilin oktyabrında, hamının pərən-pərən düşdüyü o sitəmli günlərdə Musavatı məhkəmədə təmsil edəndə, İsa Qəmbərin seçki qərargahına rəhbərlik edəndə, Musavata qarşı yönələn hücumlara qarşı sipər olanda nə sən, nə də sənə ələkçinin qılverənliyini edən Vurğun Əyyub üzə çıxmırdınız, qınınıza girmişdiniz. İndi sən mənə mənəviyyat dərsi keçəcəksən? Hansı haqla? Təmkinlidi deyib təbliğ etdiyiniz adam budu?

Deyirsən mən kimlərisə tanımamışam. Əslində isə cəmiyyət indi tanıyır səni, təəssüf ki, heç də yaxşı tərəfdən tanımır. Mən 1991- ci ildən bu günə kimi, ölkədə gedən bütün proseslərə istisnasız olaraq münasibət bildirmişəm. İradəmin üstündə də heç bir iradə yoxdur. Həmişə də düzə düz, əyriyə əyri demişəm. Heç kəs də məmim səsimi batıra bilməz. Sən demisən ki, mən bütün Musavat rəhbərliyinə qarşı apardığım mübarizədə uduzmuşam. Bu mülahizə yalandı, mən də bunu faktlarla təkzib etmişəm. Əgər özünü ziyalı hesab edirsənsə, əks arqumentini söylə, dediyini sübut et. Arqumentin yoxdusa sus, ”sən özün pis adamsan” tipli polemikaya keçmə, çünki bu sayaq polemika ziyalıya yaraşmır. O ki qaldı Fəxrəddin Bağırovun reaksiyasına, mən ondan bundan artığını da gözləmirdim. Vaxtilə aylarla onun da məhkəməsində sürünmüşəm, halal xoşu olsun…".