adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
01 Oktyabr 2014 17:42
4839
MƏDƏNİYYƏT
A- A+

Bakıda türksayağı caz

Oktyabrın 10-dan 16-dək Bakıda "Türkiyə Caz Festivalı"ı keçiriləcək. Adalet.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə reallaşacaq festivalda Türkiyənin məşhur "Hi-Jazz” caz qrupu ilə təmsil olunacaq.

Məlumat üçün bildirək ki, "Hi-Jazz” qrupu Türkiyənin ən yaxşı musiqiçilərini bir araya gətirən bir layihədir. "Hi-Jazz” Türkiyədə caz musiqisinin dünyaya tanıdan ən məşhur qruplardan biridir. Qrup musiqiləri ilə  keçmiş və gələcəyi bir araya gətirməklə diqqətləri üzərinə çəkib. "Hi-Jazz” qrupu  Türkiyədə və xaricdə bir çox festivallarda iştirak edib.

Qeyd edək ki, "Hİ-Jazz ” oktyabrın 12-də saat 21.30-da "Baku Jazz Centre”də çıxış edəcək. Konsertə giriş sərbəstdir.