adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
01 Oktyabr 2014 17:34
7657
MƏMLƏKƏT
A- A+

Dərsliklər elektron formada təqdim olunacaq

Təhsil Nazirliyi tərəfindən yeni www.e-derslik.edu.az elektron dərslik portalı istifadəyə verilib. Nazirlikdən Adalet.az-a verilən məlumata görə, portalın hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artıracaqdır. Məktəblilər istənilən vaxt və məkanda dərsliklərə müraciət edə biləcəklər. İstifadəçilər onlayn formada və ya planşetlərdə yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qazanacaqlar.
Bu da öz növbəsində təhsilalanların öyrənmə psosesinin fərdiləşməsinə şərait yaradacaq.
Nazirlikdən o da bildirilib ki, hazırda VI sinif üzrə 10 dərslik elektron formatda e-dərslik elektron kitab rəfində yerləşdirilib. Bu ilin sonuna qədər VII sinif üzrə 10, II və III siniflər üzrə 5 dərslik də elektron formatda istifadəçilərə təqdim olunacaq.