adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Oktyabr 2014 13:51
7411
KRİMİNAL
A- A+

Sumqayıt sakininin cinayəti ilə bağlı rəsmi açıqlama

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıt sakininin qaçırdığı qızı və özünü yandırması faktı ilə bağlı məlumat yayıb. Adalet.az nazirliyin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 30-da Sumqayıt şəhəri 1-ci mikrorayonda şəhər sakini Mansur Yaqubov evlənmək məqsədilə Saray qəsəbə sakini Lalə Xanıyevanı idarə etdiyi "Mercedes” markalı avtomobilə oturdaraq Bakı-Quba yolunun 40-cı kilometrliyinə aparıb. Daha sonra aralarında baş vermiş münaqişə zəminində avtomobildə özünün və Lalənin üzərinə benzin tökərək yandırıb.


M.Yaqubov hadisə yerində ölüb, L.Xanıyeva xəstəxanaya yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.