adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Oktyabr 2014 13:25
4321
MƏMLƏKƏT
A- A+

Əbülfəs Qarayev Özbəkistanda Azərbaycan turizmindən danışacaq

Bu gündən Özbəkistanın Səmərqənd şəhərində BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 99-cu iclası öz işinə başlayacaq. Adalet.az xəbər verir ki, iclasda Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Tədbirdə nazir Əbülfəs Qarayevin Azərbaycanda turizm sahəsində həyata keçirilən tədbirlər və layihələr barədə çıxışı nəzərdə tutulur.

İclası zamanı 2014-cü ildə beynəlxalq turizmin inkişafı və onun 2015-ci ildə inkişaf perspektivləri, turizmin əsas istiqamətləri, 2014-2015-ci illər üzrə ümumi iş proqramının həyata keçirilməsi və 2016-2017-ci illər üzrə ümumi iş proqramının hazırlanması, BMÜTT-in BMT sistemində rolu, Dünya Turizm Günü 2014, işçı qruplarının hesabatları, təşkilatın maliyyə vəziyyəti, təşkilatın İcraiyyə Şurasının 2015-ci il üçün sədr və sədr müavinin seçilməsi və s. məsələlər müzakirə olunacaqdır.

İclas oktyabrın 4-də yekunlaşacaq.

Xatırladaq ki, 2013-cü ilin avqust ayında Zambiya və Zimbabvedə keçirilmiş BMÜTT Baş Assambleyasının 20-ci Sessiyasında Azərbaycan BMÜTT-nin İcraiyyə Şurasının üzvlüyünə qəbul olunmuşdu.