adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Oktyabr 2014 13:18
3256
GÜNDƏM
A- A+

Polis gücləndirilmiş rejimdə işləyəcək

Qurban bayramı günlərində Azərbaycan polisi gücləndirilmiş iş rejimində çalışacaq.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a bildirib ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bayram günlərində əhalinin kütləvi istirahət və yaşayış yerlərində təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi məqsədilə əmr imzalayıb.


Əmrə əsasən, DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti oktyabrın 4-dən 8-dək gücləndirilmiş iş rejimində çalışacaq. Əmrdə həmçinin ictimai yerlərdə və insanların kütləvi istirahət etdikləri ərazilərdə, xüsusən bayram tədbirləri keçiriləcək ərazilərdə baş verə biləcək hər hansı xoşagəlməz hadisənin qarşısının dərhal alınması məqsədilə zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinin təmin edilməsi tələb olunur. Bayram günləri respublika ərazisindəki strateji ərazilərdə, sərnişin daşıyan nəqliyyat vasitələrində, böyük su tutarlarında, habelə digər mühüm əhəmiyyətli obyektlərdə mühafizə tədbirlərinin daha da gücləndirilməsi nəzərdə tutulub.


DİN-in şəxsi heyəti bayram günlərində vətəndaşların təhlükəsizliyinin təmin olunması, rahat və firavan istirahət etməsi üçün əlindən gələni əsirgəməyəcək.