Elə qələm sahibləri var ki, onları görmədən, şəxsən tanış olmadan yalnız sözləri, yazıları vasitəsi ilə kimliyini, daxili dünyasını tanımaq mümkündür. Hətta bəzən bu tanışlıq həmin o görmədiyin insanın zahiri təqdimatı ilə ziddiyyət təşkil etsə də könül dünyası həqiqətən yazılarda, sözlərdə, istər-istəməz, özünü əks etdirir. Bu mənada həmsöhbətim tanınmış şair-publisist, "Azərbaycan" qəzetinin şöbə müdiri Flora Xəlilzadədir. Onunla özümüzdən, sözümüzdən, günümüzdən-güzəranımızdan, bir sözlə, könül dünyamızdan danışıb bir az özümüzə təsəlli verdik, bir az da sözümüzə... və sonda istədim ki, bu təsəllini oxucularla da bölüşüm...
-Flora xanım, xoş gördük, necəsiniz?
-Çox sağ olun. Bir payız ovqatındayam. Necə deyərlər, bir az tutqun, bir az qayğılı, bir az da...
-Mən sizin yaradıcılığınıza müəyyən qədər bələdəm. Və həmişə içimdə belə bir hiss olub ki, yaradıcılığın iki qanadını, poeziyanı və publisistikanı öz daxilində qovuşduran, özüylə yol yoldaşı edən Flora xanım həmin o kəsişmədə, yəni həmin o bir az təzadlı nöqtədə özünü necə hiss edir?
-Bilirsən, qardaşım, mən sözün əsl mənasında jurnalistəm, publisistəm. Doğrudur, bu sözü indi o qədər qürurla, ürəklə deyə bilmirəm. Çünki bizim dırnaqarası həmkarlarımız jurnalistikanı, qələmi o qədər hörmətdən salıblar ki, bu sənətə xəcalət notları hopub. Amma buna baxmayaraq, mən özümü jurnalist, publisist sayıram. Şer isə mənim ürəyimin pıçıltılarıdı. Mən özümü heç vaxt şair saymamışam... Heç vaxt...
-Mənim qənaətimə görə bu gün söz adamı olmaq cəhənnəm əzabı kimi bir şeydir...
-Bu əzabın içində də bir ayrı şirinlik var... Biz əslində söz xəstəsiyik. Sözə vurulmuş xəstələrik. Söz mənim üçün dünyada bütün varlıqlardan qiymətli, dəyərlidir. Bütün varlıqlardan yuxarıda dayanır. Mən sözə elə-belə, adi baxa bilmirəm. Sözə cümlələrdən, fikirlərdən ibarət olan bir qurum kimi baxmıram. Ona varlıq kimi baxıram və onunla nəfəs alıram. Onunla yaşayıram. Bəzən bir söz mənə bütün dərdlərimi unutdurmaq gücünə malik olur. Hansı ki, həmin sözün çəkisində heç bir hədiyyə, heç bir dəyər yoxdur. Söz insanın içinin ətridir, qardaşım! İçin nədirsə sözlə ifadə olunur. İstər qəzəbini, istər nifrətini bir sözlə, bütün hisslərini. Söz sənin daxili dünyanın güzgüsüdür...
-İstər sizin yazılarınızda, istərsə də üzbəüz söhbətlərimizdə bir niskil duymuşam. Sanki yazılarınızda müəllif oxucu ilə üz-üzə qalanda oxucu müəllifin kövrəldiyini, gözünün yaşını yenicə sildiyini hiss edir. Bu nədən irəli gəlir?
-Mən təbiətən, bəlkə də zahirən sərt və hardasa daşürəkli adam təsiri bağışlaya bilərəm. Amma mən kövrək adamam. Buna səbəb nədir? Bilirsən insan ömrü boyu bütün itkilərə hazır olur. Bilir ki, qapısını nə vaxtsa ata, ana, yaxın adamın itkisi döyəcək. Yəni bu itkiyə hazırdır. İnsanın hazır olmadığı dəhşətli bir itki var. Vətən itkisi. Mən 20 ildir vətənimi itirmişəm. 20 ildir mənim geriyə dönməyə ünvanım yoxdur. Xüsusilə də yaz gələndə mənim dərdlərim tərpənir. Yəni bütün dərd-qəm mənim damarlarımda, qanımda elə lövbər salıb ki, o niskil məndə əks olunmalıdır. Mən özümü vətənsiz hiss eləyirəm, mən vətənin içində qəribəm. Bundan böyük dərd olarmı? Bu gün biz torpağından üzülüb şəkilə dönmüş insanlarıq ki, bizim kökümüz, soyumuz harda qaldı, bizim axirət dünyamız harda, babalarımızın qəbri harda qaldı. Geriyə dönməyə yolumuz yoxdur. Yollar elə bağlanıb ki, yəni bu niskil məni dirigözlü öldürür. Mənim bir misram var:
-Daş da məndən vəfalı,
Quş da məndən vəfalı.
İldə bir yol vətəndə
Qış da məndən vəfalı.
-Sizin "Yuxular" kitabını mən bir neçə dəfə oxumuşam. Və mənə elə gəlir ki, siz təsəllini bəlkə də yuxularda tapırsınız?
-Bilirsiniz, mən hərdən öz-özümə fikirləşirəm ki, Tanrı möcüzələrindən biri də yuxudur. Nə yaxşı bu yuxular varmış. Mən yuxuda tez-tez anamla görüşürəm.