adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
01 Oktyabr 2014 12:50
8906
GÜNDƏM
A- A+

Novella Cəfəroğlu QHT rəhbərlərini suçladı

"Bəzi QHT rəhbərləri "NİDA-çı” uşaqları həbsdən azad etdirmək üçün onların ailələrindən külli miqdarda pul alıb yeyiblər. Onların adlarını açıqlamaq istəmirəm. Amma ortada da heç nə yoxdur. Həmin adamların o uşaqların ata-analarına yazıqları gəlmirmi?”

Bu barədə Qurban bayramı ilə əlaqədar əhv fərmanının imzalanmasına münasibət bildirərkən hüquq müdafiəçisi  Novella Cəfəroğlu deyib. Hüquq müdafiəçisinin sözlərinə görə, budəfəki Qurban bayramında əfv fərmanının imzalanmasını çox istəyir: "Dünən "NİDAçı” uşaqların prezidentə müraciətini oxudum. Ölkə başçısından bağışlanmalarını rica ediblər. Mən də düşünürəm ki, onları bağışlamaq yaxşı olardı. Çünki, cavandırlar. Gələcəkləri qabaqdadır. Ataları, anaları da yazıqdı. Bu yaşlarında həbsxana qapılarında qalıblar”.

Novella Cəfəroğlu bildirib ki, Qurban bayramında ölkə başçısının əhv fərmanı imzalayacağından xəbəri yoxdur: "Məndə dəqiq məlumat yoxdur. Bilmirəm, prezident əfv fərmanı verəcək ya yox. Amma eşitmişəm ki, bu dəfə xeyli sayda məhbus azadlığa çıxmalıdır”.

Millət vəkili Çingiz Qənizadə isə bu barədə məlumatsız olduğunu bildirib: "Bu prezidentin işidir. Onun səlahiyyətindədir. Bizdə bu haqda hələlik heç bir məlumat yoxdur”.