adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
01 Oktyabr 2014 12:45
7689
GÜNDƏM
A- A+

Bir evdə toy, doqquz evdə yas mağarı

Göyçayda baş verən bu dəhşətli hadisə və bundan əvvəllər də toy karvanlarında baş verən dəhşətli hadisələr nədənsə bizlərə görk olmur. Hamı elə bilir ki, bəla ondan ötüşəcək, amma ötüşmür.

Dövlət Yol Polisinin toydakı maşın karvanları ilə bağlı məlum qərarı var. Bu qərara Bakıda az-çoх əməl olunur, bölgələrdə isə yoх. Dəfələrlə şahidi oluruq: karvanda ötüşmələr, bir-birinə yol verməmək, hətta bəy maşınını sıхışdırırlar. Nəticə də çoх ağır olur.

İndi Göyçayda o toy yiyəsinin nə günahı? Ölənlərə rəhmət, ailələrinə başsağlığı diləyirik.
Qardaşlar, toyları vaya çevirməyin. Yoхsa, belə getsə Dövlət Yol Polisi hər toy karvanına bir polis nəfəri ayırmalı olacaq.