adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
01 Oktyabr 2014 12:24
4863
ƏDƏBİYYAT
A- A+

Əliağa Vahidin anım günüdür

Görkəmli Azərbaycan şairi, qəzəlxan, Azərbaycanın Əməkdar İncəsənət Xadimi Əliağa Vahidin anım günüdür.

Adalet.az-ın məlumatına görə, İsgəndərov Əliağa Məmmədqulu oğlu (Əliağa Vahid) 1895-ci il fevralın 18-də Bakıda anadan olub.

Vahid uşaq yaşlarında mollaxanada oxumağa başlayıb, sonra maddi ehtiyac üzündən təhsilini yarımçıq qoyaraq xarratlıqla məşğul olub. Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak edib, Azər (İmaməliyev), Müniri və başqa şairlərin təsiri ilə lirik şeirlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. Bu illərdə onun "Tamahın nəticəsi" adlı ilk kitabı nəşr olunub.

Ə.Vahid inqilabi təbliğat sahəsində fəal çalışıb, yeni həyatı tərənnüm edən xeyli şeir yazıb, "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq edib.

Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsi sayılır. Nizami, Xaqani, Füzuli, Nəvai və başqa şairlərin qəzəllərini Azərbaycan dilinə çevirib.

Vahid ömrünün müəyyən vaxtını yaxşı şəraitdə yaşamayıb. Bunula bağlı Mircəfər Bağırova şeir də yazıb. Sonralar M.Bağırov Vahidi yanına çağırtdırıb, yaxından tanış olub və ona 1951-ci ildə ikiotaqlı mənzil verib.

Görkəmli qəzəlxan 1965-ci ildə vəfat edib.