adalet.az header logo
  • Bakı 18°C
30 Sentyabr 2014 18:27
12820
SİYASƏT
A- A+

Milli Məclisdə Avropa Parlamentinə əks bəyanat qəbul olundu

Milli Məclis Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnmaməyə etiraz əlaməti olaraq bəyanat verib. Adalet.az saytının məlumatına görə, bəyanat haqqında məlumat verən deputat Məlahət İbrahimqızı bildirib ki, Avropa Parlamentinin Azərbaycanda demokratiya və insan haqları ilə bağlı qəbul etdiyi qətnamə məntiqsiz və qeyri-obyektivdir.
Bəyanatda bildirilir ki, Avropa Parlamentinin qətnaməsi hazırlanarkən Azərbaycanla bağlı obyektiv araşdırma aparılmayıb.

"Avropa Parlamentinin 2014-cü il sentyabr 18 tarixli qətnaməsi qərəzlidir. Milli Məclis bəyan edir ki, bu cür münasibət davam etsə, Azərbaycan Avropa Parlamenti və Avronest-lə əməkdaşlıq məsələlərinə yenidən baxmalı olacaq”,-deyə Məlahət İbrahimqızı bəyanat haqqında məlumat verib.