adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 Sentyabr 2014 18:02
14895
HADİSƏ
A- A+

Baş Prokurorluq polisin ölümü ilə bağlı məlumat yaydı

2 nəfər həbs edilib

Baş Prokurorluq Lənkəran Polis Şöbəsinin əməkdaşı Malik Cahangirovun vəfat etməsi barədə məlumat yayıb. Adalet.az-ın Baş Prokurorluğun mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, rayon prokurorluğuna daxil olmuş məlumat əsasında yerli prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüşb və digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.İstintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə saat 22.00 radələrində Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Baş Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin polis nəfəri kiçik serjant Malik Cahangirov digər polis əməkdaşları ilə birlikdə Lənkəran rayon Ürgə kəndi ərazisindən keçərək Xəzər dənizinə tökülən çayda qanunsuz balıq ovu ilə məşğul olan şəxslərə qarşı mübarizə aparmaq məqsədi ilə reyd keçirərkən orada motorsuz qayıqla rayon sakinləri Rafiq Əskərov və Bəhruz Hüseynovun qanunsuz balıq ovu ilə məşğul olduqlarını görüb suya girərək həmin qayığı əli ilə saxlamaq istəyib. Bu zaman R.Əskərov qanunsuz balıq ovunda istifadə etdiyi suya elektrik cərəyanı buraxmaq üçün kustar üsulla xüsusi hazırlanmış əl torunu M.Cahangirovun olduğu yerə suyun içərisinə salıb elektrik cərəyanı buraxaraq sonuncunu qəsdən öldürüb hadisə yerindən qaçaraq gizləniblər.

Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq həərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən R.Əskərov və B.Hüseynov sentyabrın 30-da tutularaq şübhəli şəxs qismində istintaqa cəlb olunublar.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.