adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Qarabağ bizimdir, sizin olacaq

CEYHUN MUSAOĞLU
30934 | 2007-10-24 06:22
Bəli, Akif Nağıya inandığım qədər inanırdım ki, biz Qarabağı alacağıq. "Korrupsiyalaşmış ordu" kəlməsi hardan çıxırdısa, Səfər Əbiyevin şəxsən bağışladığı kiteli dürtürdüm həmin deşiyə. Bakılı ağzıgöyçəklər danışırdılar ki, onsuz da torpaqlar alınsa, qaçqınlar o xarabaya qayıtmayacaqlar. And olsun Zəngilan dərdini ovutmaq üçün 7 il parlament kreslosunu qucaqlayıb zar-zar ağlayan zəngilanlı deputatın canına, o bakılılara Nardaran dağı çəkirdim. Onları öz ləhcələrinə sarıyırdım:
   
   - Alə, qaçqın şaftalı dögül e, hansı ağaca gəldi calaq eləsinlər. Avara-avara qalmısız tinlərdə, televizora-zada da baxmırsız. Qaçqınlar gündə televizora çıxıb deyirlər ki, heç nə istəmirik, torpaqlarımızı alın, qayıdaq. Evə getməyə vaxtınız yoxdu, heç olmasa, həftədə bir dəfə "Alma" qəzeti alın. Qəzetdə müxbirin "Bakını kimlərdən azad etmək istərdiniz" sualına Güllü nənə "qaçqınlardan bala, qaçqınlardan" cavabını verib. Dalınca da arzusunu söyləyib: "Torpaqlarımızı alsınlar, gedib orda ölüm. Ən böyük arzum öz yurdumda ölməkdir".
   
   Bəli, mən belə dövrdə yaşamışam. Heç kim ölümdən qorxmurdu. "Ay Allah, mənə bir ölüm!" nidasını adamlar bir-birinin alnına "tatuirovka" eləmişdi. Allah sağ olsun, bizi eşidib, gündə bir neçə dəfə ölüm göndərirdi. Amma ölmürdük. Müdafiə nazirinin, spikerin, şillerin, cokerin, pokerin bəyanatlarından qabağımıza sipər çəkirdik.

TƏQVİM / ARXİV