adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
30 Sentyabr 2014 14:28
9155
MƏDƏNİYYƏT
A- A+

“Zəfər” teatr studiyasında Mustafa Mərdanov adına səhnə açılıb

Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) görkəmli teatr və kino xadimi Mustafa Mərdanovun 120 illik yubileyi keçirilib və "Zəfər” teatr studiyasında onun adını daşıyan səhnənin açılışı olub.

Adalet.az -ın məlumatına görə, ATXİ-nin sədri, Xalq artisti Azərpaşa Nemətov Mustafa Mərdanovun adının əbədiləşdirilməsi məqsədi ilə onun adına səhnə açdıqlarını qeyd edərək, bu səhnədə yeni-yeni tamaşalar hazırlanacağını söyləyib. Bildirilib ki,

Aktyorun "Molla İbrahimxəlil kimyagər” komediyasında Molla Həmid, "Hacı Qara”da Hacı Qara, "Sevil” əsərində Atakişi, "Solğun çiçəklər”də Əbdül, N.Qoqolun "Müfəttiş”ində Xlestakov kimi yaratdığı obrazlar bu gün də yaddaşlardadır.

Görkəmli sənətkarın 120 illiyinə həsr olunmuş "Mənim xatirələrim, mənim müasirlərim” tamaşası da nümayiş olunub. Tamaşa Mustafa Mərdanovun "Xatirələrim” və "Mənim müasirlərim” kitabları əsasında hazırlanıb. Tamaşada rolları xalq artistləri Rafiq Əzimov və Hacı İsmayılov ifa ediblər.

Tamaşada Mustafa Mərdanovun xatirələri əsasında onun həyat və yaradıcılığı, müstəsna xidmətləri haqqında məlumat verilib.

Sonda tədbir iştirakçıları Mustafa Mərdanova həsr edilmiş fotosərgi ilə tanış olublar.

Xatırladaq ki, Mustafa Mərdanov 1894-cü ildə Tiflisdə anadan olub. 74 il yaşayan sənətkar ömrünün yarım əsrdən çoxunu milli teatr və kino sənətinin inkişafına həsr edib.