adalet.az header logo
  • Bakı 16°C
30 Sentyabr 2014 14:06
20166
HÜQUQ
A- A+

Yazıçılar Birliyini ittiham edən üzr istəməli oldu

Dünən Nərimanov rayon məhkəməsində Azərbaycan Yazıçılar Birliyi (AYB) sədrinin müşaviri Rauf Aslanovun Ramiq Muxtara qarşı qaldırdığı iddia tələbi təmin olunub. Adalet.az AYB-yə istinadən xəbər verir ki, hakim Abbas Əliyevin sədriliyilə 3 ay sürən məhkəmə çəkişməsi Ramiq Muxtarın iddialarının əsassız olduğunu sübuta yetirib, Rauf Aslanovun iddiası qismən təmin edilib. Məhkəmə Ramiq Muxtarın mətbuatda "Azərbaycan Yazıçılar Birliyinin sədrinin müşaviri, mənzil komissiyasının sədri Rauf Aslanovun barəsində yuxarı dövlət orqanlarına ünvanladığım şikayət ərizələrimin və kütləvi informasiya vasitələrinə verdiyim müsahibələrimin dəlillərinin böhtan xarakterli olduğunu etiraf edir və Aslanov Rauf Kərim oğlundan üzr istəyirəm”- məzmunlu təkzib verməsi barədə qətnamə çıxarıb.


Xatırladaq ki, Rauf Aslanov Ramiq Muxtara qarşı şərəf və ləyaqətinin müdafiəsi, üzr istməsi, dəymiş mənəvi zərərin ödənilməsinə dair iddia tələbi irəli sürmüşdü. Ramiq Muxtar mətbuatda çıxış edərək Rauf Aslanova bir sıra şər və böhtanlar atmış, bundan başqa şərəf və ləyaqətini alçaldan ifadələr işlətmiş, işgüzar nüfuzuna xələl gətirən ittihamlar etmiş, eləcə də xüsusilə ağır cinayət törətməkdə ittiham etmişdi.