adalet.az header logo
  • Bakı 18°C
30 Sentyabr 2014 12:48
5673
SİYASƏT
A- A+

QHT-lər xarici qrantlarla bağlı hesabat verəcək

"Freedom House” adlı anonim beynəlxalq təşkilat Azərbaycana qarşı qərəzli mövqeyini davam etdirir. Onlar Azərbaycanda həbs olunan QHT rəhbərlərinin azad olunmasını tələb edirlər. Onlar girov deyil ki, qeyd-şərtsiz onları azad edək. İstintaq davam edir və bu hüquqi qaydada həll olunmalıdır”.  

Bunu YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, Azərbaycandakı QHT-lər beynəlxalq təşkilatlardan alınan qrantların hesabatını verməlidir. "Biz AŞPA nümayəndələrindən soruşduq ki, niyə Rusiyanı səsvermə mandatından məhrum edirsiniz, amma Ermənistanı yox. Onlar bizə dedilər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edəndə 1992-ci il idi. Azərbaycan isə 2001-ci ildən Avropa Şurasının üzvüdür”.

Deputat Əli Hüseynli də bildirib ki, Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməyə imza atan deputatları heç bir təcrübəyə malik olmayan adamlardır: "Onların heç bir deputat təcrübəsi yoxdur”.