adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Sentyabr 2014 12:37
10201
SAĞLAMLIQ
A- A+

Sarışınların daha tez tutulduğu xəstəlik

Dünyada ölüm səbəblərindən 3-cü ən təhlükəlisi sayılan sümük əriməsi xəstəliyi adətən yaşla və hərəkətsizliklə əlaqədar sayılsa da, genetik və piqment bağlılığı da məlum olub. Adalet.az Türkiyə mətbuatına istinadən bildirir ki, türk həkimlərinin gəldiyi qənaətə görə, sarışın adamlar sümük ərimələrindən daha çox əziyyət çəkir, həm də daha erkən bu xəstəliyə düçar olurlar. Səbəb isə sarışın adamlarda sümüklərin daha zəif, dərilərinin daha həssas olmasıdır.

Ümumiyyətlə, qadınlar kişilərdən daha sıx bu xəstəlikdən əziyyət çəkirlər ki, bu qadınların daha sabit həyat tərzi keçirməsi və menopoz dönəmi ilə əlaqədardır.

Həkimlər sümük əriməsi ilə mücadilədə qida rasionuna D vitamini ilə zəngin qidaları, dənli bitkiləri daxil etməyi və gündəlik idman hərəkətlərinə ciddi yanaşmağı, günəşdən faydalanmağı tövsiyə edirlər.

Qeyd edək ki, sümük əriməsi insan ölümünə görə yalnız ağciyər xərçəngi və ürək-damar xəstəliklərindən geridə qalır.