adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 Sentyabr 2014 12:40
5140
GÜNDƏM
A- A+

Avropa Parlamenti ilə əməkdaşlığa yenidən baxılır

Milli Məclisin bugünkü iclasında çıxış edən spiker Oqtay Əsədov Avropa Parlamentinin Azərbaycana qarşı çıxardığı tənqidi qətnaməyə münasibət bildirib. Adalet.az saytı xəbər verir ki, spikerin fikrincə, bu qətnamə qeyri-obyektiv və əsassızdır. Onun sözlərinə görə, bu qətnaməyə imza atan Avropa Parlamentinin 46 deputatından 45-i Azərbaycanda olmayıb.

Spiker deyib ki, Azərbaycan bu bür beynəlxalq təşkilatlarla əməkdaşlığa yenidən baxmalıdır. Milli Məclis sədri təklif edib ki, parlamentdə bununla bağlı redaksiya heyəti hazırlanmalı və bura Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı, Yevda Abramov, Xanlar Fətiyev daxil edilməlidir.

Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov söyləyib ki, Avropa Parlamenti Azərbaycana qarşı həmişə ikili standartlarla mövqe sərgiləyib. Onun sözlərinə görə, Avropa Parlamenti vaxtilə Azərbaycanı işğal olunmuş əraziləri ilə bağlı şantaj edib. O, qeyd edib ki, beynəlxalq təşkilatlar Azərbaycanın müstəqil xarici siyasətini həzm edə bilmir.