adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Sentyabr 2014 12:09
6821
DÜNYA
A- A+

Türkiyənin ixrac loqosu dəyişildi

Türkiyənin yeni ixrac loqosu bəlli oldu. Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ölkəsinin sənaye və istehsal məqsədli tanıdılması üçün yeni loqonu açıqladı. Belə ki, bundan sonra "Made in Türkey” (Türkiyə istehsalı) əvəzinə "Turkey - Discover  potensial” (Türkiyə - potensialı kəşf et) olacaq.

"Bütün dünya tərəfindən tanınacaq Türkiyə loqosu məni indidən həyəcanlandırır. Dünyanın harasında olursa olsun məhsulun Türkiyəyə aid olduğunu bu loqo ilə biləcəklər”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, loqo Türkiyənin İqtisadiyyat Nazirliyi və  Türkiyə İxracatçılar Məclisi (TİM) tərəfindən hazırlanıb.