adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
30 Sentyabr 2014 11:31
13423
ŞOU-BİZNES
A- A+

Dekolte bəlası

Dekolte paltarlar son zamanlarda tanınmış qadınların baş bəlasına çevrilib. Belə ki, məşhur müğənni Beyons səhnədə geydiyi ağ koftanın "qəza"sına uğrayıb.  New Yorkdakı Global Citizen Festival çərçivəsində əri Jay Z ilə birlikdə səhnəyə çıxan Beyons mahnı söyləyərkən geydiyi ağ koftanın önü tamamilə açılıb.  Bir anda sinəsi açılan Beyons əliylə koftasını düzəldib konsertinə davam edib.

Bundan qabaq isə eyni "qəza” Türkiyənin tanınmış model aktrisası Çağla Şikelin başına gəlmişdi. Müğənni Alişanla birlikdə apardığı "Hər şey daxil" canlı programında Çağla Şikel tərəf müqabili ilə rəqs edərkən dekolte libasının asqısı sürüşərək sinəsini açıqda qoymuşdu.

Hər kəsin şok olduğu bu anlarda Şikel "canlı efirdə olur belə şeylər” – deyərək vəziyyətdən çıxmağa çalışmışdı.