adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

BAKININ BOŞ PLANI

OQTAY SALAMOV
20562 | 2007-10-24 06:22
Dünənki yazımda paytaxtın mərkəzini şəhərin mərkəzindən qırağa köçürmyi təklif etmişdim. Oxumayanlara xatırladıram ki, söhbət paytaxtın başqa yerə köçürülməsindən yox (amma bu da baxılmalı məsələdir), Bakının mərkəzinin kənara köçürülməsindən gedirdi. Bu gün Müstəqil Memarlar Assosiasiyasının sədri Zemfira Budaqovanın yeni hazırlanacaq Baş Plan haqda yazısı mövzuya qayıtmaq ehtiyacı doğurdu.
   
   Hamıya məlum faktdır ki, Vaşinqtonda Ağ Evdən hündür binanın tikintisinə icazə verilmir. Vallah, deyəsən, bu amerikalıların bərkgedənləri çox əfəldilər. 200 ildən də çoxdu bir Konstitusiya qəbul eləyiblər, hələ də o köhnə kitabla yaşayırlar. Bizimkilər az qala, nəuzibillah, Quranı dəyişdirirlər, sərf eləyənə yönəldirlər... Nəyə görə Ağ Evdən hündür bina tikmək olmaz? Bə demokratiya?.. Onun ətrafındakı o boyda yaşıllıq ərazidə bilirsiniz neçə dənə göydələn tikmək olar?

TƏQVİM / ARXİV