adalet.az header logo
  • Bakı 16°C
30 Sentyabr 2014 11:09
3529
HADİSƏ
A- A+

Balıqçıların toruna polis düşdü

Bu gecə saatlarında Lənkəranda polis əməkdaşı axtarış əməliyyatı zamanı ölüb. Adalet.az  Ans press-ə istinadən bildirir ki, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran xətt polis şöbəsinin polis serjantı, 1986-cı il təvəllüdlü Məlik Əlizamin oğlu Cahangirovu yüksək gərginlikli elektrik cərəyanı vurub. Polis hadisə yerində dünyasının dəyişib.


Hadisə keçirilən reyd zamanı baş verib. Belə ki, 5 nəfərdən ibarət reyd keçirən qrup qanunsuz balıq ovu ilə məşğul olan dəstəni yaxalamaq istəyib. Bu zaman Məlik Cahangirov ov ilə məşğul olanların suya buraxdıqları elektrik enerjisinin qurbanı olub.


Hadisə nəticəsində 2 nəfərin saxlanıldığı deyilir.


Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.