adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Sentyabr 2014 10:40
3113
HADİSƏ
A- A+

Restoran və zavodda yanğın

Ötən gün Abşeronda və İmişlidə yanğın qeydə alınıb. Adalet.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Abşeron rayonunda, "Həyat" restoranına məxsus ümumi sahəsi 30 kv.m olan tikilidə yanğın baş verib. Yanğın saat 20:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

İmişlidə isə pambıq emalı zavodunda yanğın olub. İmişli şəhərində Pambıq emalı zavodunun ərazisinə yığılmış ümumi çəkisi 60 ton olan pambıq tayasının 10 kiloqramı yanıb.

Pambıq tayasının qalan hissəsi və yaxınlıqdakı digər pambıq tayaları yanğından mühafizə olunub.

Hər iki yanğın hadisəsində xəsarət alan olmayıb.