adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
30 Sentyabr 2014 10:27
5085
MƏMLƏKƏT
A- A+

Milli Məclisin plenar iclası başlayır

Bu gün Milli Məclisin payız sessiyasının ilk plenar iclası öz işinə başlayır.

Adalet.az saytının məlumatına görə iclasda bir sıra qanun layihələri müzakirəyə çıxarılacaq.  

Gündəliyə Milli Məclisin 2014-cü il payız sessiyasının qanunvericilik işləri planının təsdiqi, Azərbaycanın bir sıra ölkələrlə imzaladığı sazişlərin təsdiqi, Cinayət Prosessual, Ailə və İnzibati Xətalar məcəllələrinə müxtəlif dəyişikliklər, "Yol hərəkəti haqqında”, "Poçt haqqında”, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, Hərbi qulluqçuların statusu haqqında”, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" və daha bir neçə qanunlara əlavə və dəyişikliklər daxildir.