adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
29 Sentyabr 2014 17:14
17925
KRİMİNAL
A- A+

Ağstafada güllələnmə hadisəsi olub

Ağstafada iki nəfər arasında yaranan mübahisə bir nəfərin güllələnməsi ilə nəticələnib.

apa-nın qərb bürosunun məlumatına görə, hadisə ötən gün rayonunun Dağkəsəmən kəndində baş verib.

Əkin sahəsində qonşu olan Dağkəsəmən kənd sakini 55 yaşlı Elşən Poladovla Ağstafa şəhər sakini 35 yaşlı Elçin Quliyev arasında mübahisə yaranıb. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Yerə yıxılan Elçin Quliyevin kürəyində olan tüfəng yerə dəyərək açılıb və Elşən Poladovun qoltuqaltı nahiyəsinə dəyib.

E.Poladov xəstəxanaya yerləşdirilib. Ağstafa Mərkəzi Rayon Xəstəxanasından Elşən Poladovun vəziyyətinin normal olduğunu, onun sağ sayıdın bayır səthinin didilmiş-cırılmış güllə yarası aldığını bildiriblər.

Ağstafa Rayon Polis şöbəsində faktla bağlı araşdırma aparılır.