adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
29 Sentyabr 2014 15:04
12976
SAĞLAMLIQ
A- A+

Soyuq duşa diqqət!

Soyuq duş ilk andan bədənimizə işgəncə təsiri bağışlasa da, əslində çox faydaları var.  Həmin faydalardan diqqətiniz çatdıraq ki, aşağıdakılara ehtiyacı olanlar istifadə etsinlər:

Əvvəla maddələr mübadiləsini tənzimləyir. Soyuq su insanı titrəməyə məruz qoyduğu üçün metobolik sürəti artırır və maddələr mübadiləsini aktivləşdirir.

Qan dövriyyəsini düzəldir. Çünki soyuq su qan damarlarını daraldır. Bu da qanın axma sürətini azaldır, nəticədə yüksək təzyiqi önləyir.

Arıqladır. Vücud soyuğa məruz qaldıqda isinmək üçün daha artıq enerji tələb edir. İsinməyə çalışan orqanizm daha çox yağ yandırır və bu da nəticədə arıqladır.

Bədənin hərarətini tənzimləyir. Əgər xronik olaraq qızdırmadan və ya əl-ayaq soyuqlaşmasından əziyyət çəkirsinizsə, yaxud çox tərləyirsinizsə, soyuq sudan faydalanın.

Depressiyanı aradan qaldırır. Tədqiqatlar göstərib ki, soyuq su, beynin "mavi nöqtə” deyilən hissəsini xəbərdarlıq edir. Həmin hissə noradrenalin maddəsi ifraz edir ki, o da antidepresant hesab edilir.

Nəfəsi dərinləşdirir. Soyuq su ciyərləri açır. Müntəzəm soyuq duş alanlar idman edərkən və ya fiziki işlə məşğul olarkən daha az yorulurlar.

Dərini və saçı parıldadır. İsti su isə, əksinə, qurudur. Üstəlik soyuq su dəridəki məsamələri daraltdığı üçün iltihablanmanın və sızanaqların qarşısını alır.

Soyuq su, xüsusən də yuxuda gəzmə xəstəliyi olanlar üçün çox yararlıdır.

Amma diqqətdə saxlamaq lazımdır ki, soyuq duşa dərhal keçid etmək ziyanlıdır. Bu əks təsir verə bilər. Soyuq suya keçid tədricən olmalı və nəhayət bədən buna alışmalıdır.