adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Sentyabr 2014 11:33
7135
KRİMİNAL
A- A+

50 yaşlı qadın özünü öldürüb

Beyləqanda intihar hadisəsi baş verib.

Beyləqan Rayon Polis Şöbəsindən verilən məlumata görə, 1964-cü il təvəllüdlü rayon sakini Ağayeva Nazilə Oruc qızı yaşadığı evin həyətində özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.