Bakıda kətənin içindən narkotik çıxdı
Bakıdakı 3 saylı İstintaq
təcridxanasına narkotik vasitə keçirmək cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar
xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Penitensiar
xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri
nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Elbrus Gülbala
oğlu Cavadova tanışı, Sumqayıt şəhəri, 17-ci mikrorayon ev 18, mənzil 33
ünvanında yaşayan vətəndaş Rauf Akif oğlu Kazımovun gətirdiyi sovqata baxış
keçirilib. Baxış zamanı "OZMO” kətəsinin içərisində sellofan
paketlərə bükülərək gizlədilmiş xalis çəkisi 3,761 qram olan narkotik vasitə -
tiryək, xalis çəkisi 0,840 qram olan narkotik vasitə - heroin və xalis çəkisi
0,73 qram olan narkotik vasitə - həşiş qətranı aşkar edilərək götürülüb.
Qeyd edək ki, Elbrus Cavadov
Cinayət Məcəlləsinin 180.2.1 maddəsinə əsasən həbs edilib.
Fakt üzrə araşdırma aparılır.