adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
26 Sentyabr 2014 16:44
5528
SAĞLAMLIQ
A- A+

Kişilərin qadınlardan niyə az olduğu bəlli oldu

Dünya üzrə oğlan uşaqlarının daha çox doğulmasına baxmayaraq, qızların üstünlük təşkil etməsi səbəbi həmişə düşündürücü olub. Nəhayət alimlər bunun səbəbini tapa biliblər. Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, alman alimləri genetik araşdırmalar nəticəsində belə qənaətə gəliblər ki, bu, oğlanların uşaq vaxtı ölümü, ümumiyyətlə kişilərin erkən ölümü ilə bağlıdır.

Daha çox şərqdə oğlan uşaqlarına üstünlük verildiyini deyən alimlərin fikrincə, nəticə xoşagəlməz sonluqlara gətirib çıxara bilər. Kişilərin sayının azlığı daha çox qadın tənhalığının artmasına səbəb olacaq ki, bu da tamamilə başqa problemə - qadınlar arasında eynicinsli münasibətin artmasına və yaxud matriarxlığın bərqərar olmasına gətirib çıxaracaq.