adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
26 Sentyabr 2014 16:07
8245
MARAQLI
A- A+

Beş yaşlı xəstə rəssam

Beş yaşlı xəstə uşaq xüsusi istedadı ilə görənləri heyran qoyur. Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniyalı Ayris Qreys adlı  qızcığaz xəstəliyi ilə əlaqədar özünə qapanması onda möcüzəvi rəssamlıq qabiliyyəti yaradıb.

Uşağın artıq fan-klubu da yaradılıb. Əsərləri yüksək qiymətə satılır.

Qızdakı qabiliyyət elə xəstəliyi sayəsində ortaya çıxıb. Autizm daşıyıcısı olan uşağın ətraf alımə marağı artsın deyə, valideynləri ona rəsm çəkmək üçün ləvazimatlar alıblar. Nəticə isə ətrafdakıları hələ də şok etməkdədir.

Qeyd edək ki, autizm üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran, beyinin inkişafına maneə törədən bir xəstəlikdir