adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 Sentyabr 2014 10:31
7644
HADİSƏ
A- A+

Türkiyədə avtomobil qəzası - 2 azərbaycanlı tələbə ölüb

Türkiyədə 2 azərbaycanlı tələbə avtomobil qəzasında ölüb.

Adalet.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Uşak şəhərində baş verib. Ölənlərin Uşak Universitetinin Maliyyə fakültəsinin 2-ci kurs tələbəsi Ülvi Sərdarov, İdarəetmə fakültəsinin 2-ci kurs tələbəsi Elvin Bəhramlı olduğu bildirilir.

Məlumata görə, azərbaycanlı tələbə Əli Kərimlinin idarə etdiyi avtomobil İzmir-Ankara yolunda dirəyə çırpılıb və daha sonra başqa avtomobillə toqquşub.

Qəzada yeddi nəfərin yaralandığı, onlardan iksinin azərbaycanlı tələbələr - Anar Musayev və Mayis Həsənov olduğu açıqlanıb.