adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
26 Sentyabr 2014 01:24
11992
MƏDƏNİYYƏT
A- A+

Generalın son əmri-Tamaşa

Akademik Milli Dram Teatrı Sizi 26 sentyabr tarixində saat 19.00-da "Generalın son əmri” tamaşasının premyerasına dəvət edir.

Bu il 75 yaşını qeyd etdiyimiz şair, dramaturq, publisist Vaqif Səmədoğlunun eyniadlı əsəri əsasında hazırlanmış "Generalın son əmri” tamaşasının quruluşçu rejissoru Xalq artisti Ramiz Həsənoğlu, quruluşçu rəssamı Xalq rəssamı, Dövlət mükafatı laureatı Nazim Bəykişiyev, bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında hazırlanan tamaşada Əməkdar artistlər Füzuli Hüseynov (General), Sabir Məmmədov (Oğul nəvə), Dilarə Əliyeva (Qız nəvə), Almaz Amanova (Qisasçı qadın), Ayşad Məmmədov (Cəllad), Hicran Nəsirova (Bibi), Əjdər Həmidov (Polis), Telman Əliyev (Serjant), Sənubər İsgəndərova (Məşuqə), İlham Hüseynov (Şeypurçu əsgər) Pərviz Məmmədrzayev (Fərari) və aktyor Rövşən Kərimduxt (Qonşu oğlan) çıxış edirlər.