adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

"MƏN YAZMAğIN ZƏLiLiYƏM"

ƏBÜLFƏT MƏDƏTOĞLU
32786 | 2007-10-18 04:33
Azərbaycanda sözlə yaşayan, sözlə nəfəs alan, sözün sorağında olan hər kəs üçün Mustafa Çəmənli imzası tanışdır, doğmadır. Bu imza çoxsaylı bədii publisistik və bədii əsərlərlə qapıları döyüb, özünü oxucusuna tanıdıb və sevdirib. Təəssüf ki, bu gün həyatın elə bir məqamını yaşayırıq ki, bəzən yaxşını pisdən, düzü əyridən seçmək, fərqləndirmək həm çətin olur, həm də hansısa problemlər bu seçimin özünü pərdə arxasında qoyur. Şəxsən mənə elə gəlir ki, indi seçim etməli olanlar ya baş sındırmaqdan qorxurlar, onun əziyyətinə çiyin vermirlər, ya da laqeydlik və şəxsi maraq bu adamlar üçün daha önəmli olur. Nə isə... Bu başqa bir mövzudur. Bu gün isə mən 60 yaşı tamam olan Mustafa Çəmənli ilə üzbəüzəm. Özü də bu görüşün səbəbi təkcə 60 yaş deyil. Bir səbəbi də mənim bir oxucu kimi, bir söz adamı kimi Mustafa Çəmənli imzasına, şəxsiyyətinə xüsusi hörmətim, marağımdır.
   
   - Mustafa müəllim, necəsiniz? Bəlkə bir isti söhbət edək? Doğrudur, siz səmimiyyətinizlə həmişə fərqlənmisiniz. Amma yenə də çox istərdim ki, bəzi müsahiblər kimi özümüzü "qurutmayaq". Necə var, eləcə də dərdləşək.
   
   - Öncə çox sağ olun. İkincisi də bizimki sözdür. Sözü də ifadə edəndə ordan artıq səmimiyyət özü-özünü göstərəcək.
   
   -

TƏQVİM / ARXİV