adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

YAZIRSAN DA OLMUR, YAZMIRSAN DA OLMUR

OQTAY SALAMOV
20005 | 2007-10-18 04:33
Həmkar dostlarım bəzən mənə irad tuturlar ki, yazılarımda bir neçə mövzunu birləşdirirəm. Onların sözlərinə görə, belədə həm mövzuya toxunmaq səthi olur, həm də onların hərəsinə bir yazı həsr etməklə, araşdırma aparmaqla daha irəli getmək olar. Mən bəzən razılaşıram, bəzən razılaşmıram, susmaq mümkün olmayanda bir mözvunu götürüb qalanlar haqda fikir bildirməməyi düzgün saymıram və s. Amma deyəsən dostların tənqidindən nəticə çıxarmalı olacam. Həm onların mövzularına şərik olmamaq üçün, həm də çox yerə soxulan burunun ovulma risqi də çox olduğu üçün. Vsyo, bir mövzudan, bir şeydən yazacam.
   
   Məsələn, yazacam ki, NATO ölkəmizdəki islahatlardan razıdır. Sübut kimi göstərəcəm ki, İslandiyada NATO Parlament Assambleyasının 53-cü sessiyasında iştirak eləmiş bizim nümayəndə heyətinin rəhbəri, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərovun açıqlamasında bizimkilərin hazırladığı xüsusi məruzənin yüksək qiymətləndirildiyini bildirib. Məlumunuz olsun ki, NATO PA-nın prezidenti

TƏQVİM / ARXİV