adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
25 Sentyabr 2014 13:15
9212
İDMAN
A- A+

AFFA Qatuzzo xəbərini təkzib etdi

"KİV-lər bu "mifik mənbələr"i hardan tapırlar axı?!"

Bir neçə gündür ki, ölkə mətbuatında məşhur italiyalı futbolçu Cennaro Qatuzzonun Azərbaycanda çalışmaq istədiyi barədə xəbərlər dolaşır. Bu gün isə KİV-lərdə Qatuzzonun 21 yaşlılardan ibarət yığmamızı çalışdıracağı, artıq onunla ilkin razılığın əldə olunduğu ilə bağlı xəbər yayılıb. Adalet.az məsələni dəqişləşdirmək üçün AFFA-nın mətbuat xidməti ilə əlaqə saxlayıb. Federasiya sözçüsü Firuz Abdulla xəbərin dezinformasiya olduğunu bildirdi: " KİV-lər bu "mifik mənbələr"i hardan tapırlar axı?!. Tamamilə əsassız xəbərdir. Qatuzzo müsahibələrinin birində Azərbaycanda çalışacağını deyib. Səbəb olaraq da fərqli mədəniyyətlərlə tanış olmaq istədiyini bildirib. Ancaq bu o anlama gəlmir ki, AFFA onu millinin başına gətirməkdə maraqlıdır".



 Sahib Əsədbəyli