adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
25 Sentyabr 2014 12:12
8804
MARAQLI
A- A+

Dəhşət - insan ətinin dadı anladıldı!

İngiltərənin paytaxtı Londonda iki aşpaz dadı insan ətinə bənzəyən ətdən bir hamburger hazırlamaq üçün qəribə üsuldan istifadə edib. Adalet.az xarici mətbuata istinadən bildirir ki, aşpazlar istədikləri tamı almaq üçün indiyədək insan əti yediklərinə və çoxsaylı qətllər törətdiklərinə görə həbs olunmuş bir qrup adamyeyəndən bu ətin necə olduğunu izah etmələrini istəyiblər.

İnsanlıq tarixinin ən qorxunc cinayətini işləmiş bu adamyeyənlərin insan əti haqqında verdiyi izahatlar isə dəhşət saçır:

Aleksandr adlı irland məhkum  həbsxanadan vaxtilə birgə qaçdığı dustaq yoldaşlarını yediyini deyərək, insan ətini donuz və balıq ətləri müqayisə edib. Üstəlik əlavə edib ki, hətta bu ətlərdən də qat-qat dadlıdır.

Alman adamyeyən Armin Meues insan əti üçün "ağızda əriyir” ifadəsini işlədib.

İssey Saqava adlı başqa bir məhkum isə "daha əvvəl yediyim bütün heyvan və quş ətlərindən dəfələrlə ləzzətlidir” – deyə fikrini bildirib.

Qərbi Afrikadan, Misirdən olan digər məhkumlar da insan ətinin dadından danışaraq onun digər ətləri kölgədə qoyduğunu deyiblər.

İngiltərədə qan donduran bu etiraflar bir müddətdir ki, gündəmdədir. Ölkə əhalisi aşpazların nüfuz qazanmaq, diqqət cəlb etmək üçün bu üsuldan istifadə etmələrini pisləyib.