adalet.az header logo
  • Bakı 17°C
25 Sentyabr 2014 10:58
12001
TEXNOLOGİYA
A- A+

Azərbaycanda NüvəTədqiqatları Mərkəzi yaradılacaq

Azərbaycanda dinc məqsədlər üçün NüvəTədqiqatları Mərkəzi qurumunun yaradılması məqsədilə ilkin işlərə başlanılıb. 

 

 Bunu Rabitə və Yüksək Texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.

 

Onun sözlərinə görə, bu sahədə ölkə başçısının da sərəncamı var: " Artıq qurumun əsasnaməsi hazırlanıb və bununla belə müvafiq hüquqi sənədlərin hazırlanması ilə bağlı işlər gedir. Qurumun nizamnaməsinin təsdiq olunması üçün ilkin işlərə başlanılıb.Qurumun görəcəyi işlər, yerləşəcəyi mərkəzlə bağlı sənədlər tam hazırlanıb təsdiq olunanan kimi hədəflər açıqlanacaq”.

 

O bu işlərin ilin sonuna kimi yekunlaşacağını bildirib.