adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Sentyabr 2014 19:17
8603
MƏMLƏKƏT
A- A+

Sumqayıtın yubileyi sakinlərin dili ilə

Sumqayitimizin 65 illiyini qeyd etdik. Çox böyük təmtəraq və gözəl əhval-ruhiyyə ilə.Şəhərimiz sanki bir bəzəkli gəlinə bənzəyirdi.Bütün məhəllələr bayramdan qabaq təmizlik,abadliq işləri aparilaraq bayrama hazir vəziyyətinə çatdirilmişdi.Bütün əhali 3 gün bayram şənliklərində ailəvi şənləndi.Bu bayram bizlərdə nostalji hissləri oyatdi,sanki 1 May paradina toplanmişdiq,kimisi möhtəşəm Bayraq Meydanimizdan keçir,kimisi bu möhtəşəm paradi,bizi təbrikə gələn dəyərli qonaqlarimizi,dostlarimizi salamlayirdi.Valideynlər sevinc hissi ilə öz körpə fidanlarinin al-əlvan geyimlərini səliqəyə salir,analar öz idmançi balalarini qürürla gözləri ilə müşayiət edir,bütün insanlar isə bu zaman qəlblərində vətən sevgisi hiss edərək əsgərlərimizi,hərbçi igidlərimizi,qüdrətli qiricilarimizin təbriklərinə qoşularaq.hami bir ağizdan-- Yaşasin Azərbaycan!- deyirdi.Və nə xoşbətdik ki,bizim Heydər Əliyevimiz olub və bu gün Vətənimizi nə Ukrayna.nə Suriya,nə də Somali olmağa qoymayan ağilli Liderimiz,cəsarətli İlham Əliyevimiz var!Öz ağil və dərrakəsi ilə bizi qorumaq iqtidarinda olan mərd,zəkali,hazircavab bir Lider!Yadima Prezidentlərin görüşündə Putinin istehzali sözlərinə Cənab Prezidentimizin çevik və çox ağilli bir cavabi düşdü-Putin dedi ki,Sizin Mixaylo kimi qəhrəman Mübariz İbrahimovlariniz varBu sözə Prezidentimiz belə cavab verdi- Mübariz İbrahimov və basqa qəhrəmanlarimiz öz torpağinda döyüşürdü,Ermənistan torpağinda deyil!Nə qədər gözəl bir işarə, yəni torpaqlarimizi azad edərək Qəhrəman oluruq,bəs torpağimiza soxulanlara nə adi verək? Məhz bizi də ruhlandiran bizim Liderimiz və onun xalqina elinə sədaqətlə xidmət göstərən komandasinin üzvləridir.Bu gün Sumqayitimizda artiq Bakimiza bənzəyir,gözəlləşir və abadlaşir.Nə su,nə qaz,nə işiq nə də lift problemlərimiz yoxdur.Buna gorə şəhərimizin rəhbəri Eldar müəllim Əzizova minnətdariq.Onlarla nümunəvi məhəllələr yaradib,şəhərimiz sənaye şəhəri olmaqla yanaşi idman şəhərinə də çevrilmişdir.Vitse-Prezidenti olduğum Karate-Şotokan Federasiyasinin Sumqayit şəhər şöbəsində 15 yaşadək olan uşaqlar arasinda 17 nəfər Dünya və Avropa çempionlari,müxtəlif Beynəlxalq turnirlərin qalibləri vardir..Onlarin Sumqayit şəhərində çalişmalarina şəhər rəhbərliyi tərəfindən hər cür şərait yaradilmişdir.Onun da nəticəsi olaraq bu gün Sumqayitimiz öz idmançilari ilə fəxr edir. Bu ilki tələbə qəbulundaki uğurlarimiz da bir daha övladlarimizin yaxşi oxumasina yaradilan şəraitin sübutudur. Sonda onu da qeyd etmək istərdim ki ,hər bir Sumqayitli bu gün qürürla deyir- Sumqayit bizimdir,biz Sumqayitimizi sevirik! 

 

Tərəqqi medallı   İndira Şəmsivari