adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
24 Sentyabr 2014 17:45
13357
TEXNOLOGİYA
A- A+

Bakcell iki yeni Müştəri Xidmətləri Mərkəzi açdı

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti "Daha yaxın olaq” fəlsəfəsinə sadiq qalaraq abunəçilərinə ən yüksək səviyyədə göstərdiyi xidmətləri abunəçilər üçün daha yaxın və əlçatan etmək məqsədilə daim satış və xidmət mərkəzləri şəbəkəsini genişləndirir. 


Sentyabrın 24- də Bakının mərkəzində Bakcell şirkətinin əlavə iki yeni Müştəri Xidmətləri Mərkəzinin açılış mərasimi keçirilib.

Ü.Hacıbəyov 48 ünvanında, Sahil Bağının yanında yerləşən bu iki mərkəzdən biri xüsusi olaraq Gold tarifində olan abunəçilər üçün nəzərdə tutulub. Burada "Bakcell”in korporativ abunəçilərinə tam çeşiddə xidmətlər təqdim olunacaq.

Şirkətin əvvəllər Nizami 123 ünvanında yerləşdiyi Müştəri Xidməti Mərkəzi abunəçilərin yaddaşında "sahil ofisi” kimi qalan Bakcell şirkətinin yenidən qurulan Müştəri Xidməti Mərkəzinə köçürüləcək və bu mərkəz "Bakcell”in ən böyük Müştəri Xidmətləri Mərkəzi olacaq.

Bakcell şirkəti yeni açılan ən böyük Müştəri Xidmətləri Mərkəzinə müraciət edən abunəçilər üçün xoş sürpriz hazırlayıb. Belə ki, Bakcell şirkəti açılışdan sonrakı 7 gün ərzində Müştəri Xidmətləri Mərkəzinə gələn hər yüzüncü abunəçiyə özünün yeni "Alov” smartfonunu hədiyyə edəcək.

Bakcell "Daha yaxın olaq” fəlsəfəsinə sadiq olaraq 300- dən artıq pərakəndə satış nöqtəsi, o cümlədən paytaxt və bölgələrdə fəaliyyət göstərən 30-a yaxın Müştəri Xidmətləri Mərkəzində abunəçilərinə ən üstün müştəri xidməti təqdim etməkdən qürur duyur.