ZAMANA çiYiN VERƏN SƏNƏTKAR

ƏBÜLFƏT MƏDƏTOĞLU
34264 | 2007-10-11 03:54
Öncə etiraf etmək lazımdır ki, hər bir söz adamına söz ömrü, yaşamaq, sözün fövqündə durmaq, sözü özü ilə həmahəng etmək nəsib olmur. Çünki bu elə bir missiyadır ki, onu daşımaq, onunla nəfəs almaq, hətta ona nəfəs verməyin özü də böyük zəhmətlə yanaşı, Tanrı dərgahından gələn, Tanrı hədiyyəsi olan istedad da tələb edir. Elə bir zəhmət və elə bir istedad ki, onlar biri-biri ilə qovuşanda həqiqətən insanı, yəni oxucunu tərpədə bilən, düşündürə bilən, öz dairəsinə, əhatəsinə cəlb edə bilən, bir sözlə, oxucunu özününkü, sözünü oxucununku edə bilən bir mükəmməlliyə, bir tamlığa çevrilə bilsin. Bax, bu məqamda söz və sözün sahibi, sənətkar və oxucu bütövlüyü yaranır. Təsadüfi deyil ki, hər söz yazana, hər qələm tutana Sənətkar, Ustad deyilmir. Xoşbəxt o söz sahibi, o qələm sahibidir ki, onun adının qarşısında özünün heç bir təmənnası, istəyi olmadan, ismarıcı olmadan oxucu, xalq, bütövlükdə cəmiyyət ona Ustad deyir, ona Sözün Xiridarı, Sözün Sahibi, Sözün Şahı da deyir.
   
   Bütün bunlar bizim kəşfimiz və yaxud da söz xatirinə işlətdiyimiz epitetlər deyil. Çünki indi adını xatırladacağımız qələm sahibi bu haqqı öz sözü ilə, öz ustadlığı ilə qazanıb. Yəni bu ad onun üçün elə-belə hansısa bir sinidə hədiyyə edilməyib, gətirilməyib. Böyük zəhmətin, böyük və şirin barını xalq yazıçısı İlyas Əfəndiyev xalqından və dövlətindən alıbdı. Onu buna xalqı və dövləti veribdi. Bu mənada İlyas Əfəndiyevin adı ilə yanaşı, Böyük Yazıçı, Ustad Yazıçı, Böyük Söz Xiridarı və digər titullar bütün hallarda qoşa çəkilmək hüququ qazanıb, möhürlənib bu hüquq onun adının, soyadının yanında...
   
   Bizim nəsil ədəbi mühitdə böyük söz adamlarının, böyük söz sahiblərinin qələmindən dərs ala-ala, öyrənə-öyrənə, oxuya-oxuya auditoriyalardan kənarda, hər kəs öz içində bir məktəb keçib. Bu elə bir məktəb olub ki, bizi öyrədib və biz ondan öyrənməyə özümüz də daxilən bir ehtiyac hiss etmişik. Bu mənada ötən əsrin 50-70-cı illərinin insanları az qala İlyas Əfəndiyevin, Süleyman Rəhimovun, Əli Vəliyevin, Mehdi Hüseynin, Rəsul Rzanın, Səməd Vurğunun, Məmməd Arazın və digərlərinin əsərlərini bir böyük sevgi ilə, böyük maraqla, hətta az qala əlimyandıda axtarıb-arayırdı. Çünki həmin dövrün insanları ədəbiyyatda özünü axtarırdı, özünü tapmağa çalışırdı. Biz ədəbiyyata sığınırdıq, ədəbiyyatdan həyata addım atmaq istəyirdik. Hər birimizin ədəbi qəhrəmanlar silsiləsində ideallarımız var idi. Maraqlı cəhət budur ki, adını xatırlatdığımız və hələ bir çoxlarını da xatırlamaq imkanı olduğumuz Azərbaycan ədəbiyyatının nəhəng simaları məhz oxucu dünyasını görürdü, oxucu tələbatını hiss edirdi, oxucu ilə yaşayırdı. Bəlkə də burada yerinə düşər, deyək ki, Azərbaycan ədəbiyyatının tanınan simaları özlərini yazmaqla yanaşı, həm də oxucu üçün, xalq üçün yazırdılar. Bu sırada İlyas Əfəndiyevin yeri daha əzəmətli, daha diqqət çəkən idi.
   
   İnanmırıq ki, həmin dövrdə kimsə "Söyüdlü arx"ı oxumamış olsun. Bu roman, eləcə də "Dağlar arxasında üç dost", "Sarıköynəklə Valehin nağılı", "

TƏQVİM / ARXİV