adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
23 Sentyabr 2014 15:09
16525
SAĞLAMLIQ
A- A+

Gilasın faydaları

Gilasın bir çox faydalarının olduğundan, yəqin ki, xəbərdarsınız. Amma tibbi araşdırmalar bu giləmeyvənin elə faydalarını üzə çıxarıb ki, gilasın min bir dərdə əlac olduğunu desək, şişirtmərik. Odur ki, gilasın aşağıdakı faydalarını təqdim edirik:

Amerika alimlərinin araşdırmaları göstərir ki, gilasın suyu yuxusuzluğun dərmanı imiş. Gündə iki dəfə gilas suyu içmək istənilən yuxu dərmanından daha təsirli, həm də ziyansızdır. Xüsusilə yaşlı və şəkər xəstəliyi olan adamlar üçün çox faydalıdır.

Bundan başqa gilas suyunun davamlı istifadəsi yüksək təzyiqi, revmatizm xəstəliyi olanlar üçün də yararlıdır.

Gilasın özünü rasiona daxil etməklə qaraciyər, öd kisəsi və mədənizə də xeyir vermiş olarsınız. Çox dərman qəbul edənlərin diqqətinə: dərmanın sorulmasında, ümumiyyətlə qidanın həzmində çox faydalıdır.   

Gilasın sapı da çox xeyirlidir. Böyrəkdaşı və digər uroloji problemləri olanlar 1 litr suda 30 qram gilas sapını 10 dəqiqə qaynatmaqla xəstəliklərini yüngülləşdirə bilərlər.

Gilasın kosmetoloji xeyirləri də var: əvvəla gilas arıqladır. Bədəndən zərərli toksinləri çıxarır, qanı təmizləyir. Gilasın suyu üzdəki sızanaqların təmizlənməsində əla üsuldur. Bu həm də üzünüzü xırda qırışlardan da "azad” edəcək.