adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 Sentyabr 2014 14:37
3710
MƏMLƏKƏT
A- A+

Bakı Metropolitenindən yeniliklər

Bakı Metropoliteninin xidmətindən istifadə edən sərnişinləri yeniliklər gözləyir. "Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nəsimi Paşayev lent.az- bildirib ki, yeni metrostansiyalar üçün alınacaq qatarlarda havalandırma sistemi olacaq.


Metropoliten sözçüsü qeyd edib ki, Bakının metrostansiyalarında hazırkı qatarlarda kondisonerlərin quraşdırılması qeyri-mümkündür: "Tunellerdə havalandırma sistemi mövcuddur. Amma hazırda istifadə edilən qatarlarda isə istehsalçı zavod tərəfindən kondisonerlər quraşdırılmayıb”.

N. Paşayev vurğulayıb ki, metropoliten gələcəkdə vaqon parkını yeniləyək: "Bundan sonra isə ölkəmizə yeni vaqon qatarlar gətiriləcək. Həmin vaqonlarda kondisonerlər sistemi də olacaq”.


Qeyd edək ki, vətəndaşların metro ilə bağlı daha çox narazılıq etdiyi məsələ qatarlarda havalandırma sisteminin olmamasıdır.