adalet.az header logo
  • Bakı 20°C
23 Sentyabr 2014 13:09
3790
SİYASƏT
A- A+

REAL-dan Hikmət Hacızadəyə: “Gedin pensiyaya, yeriniz oradadır”

REAL Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı Müsavat Partiyasının Məclis üzvü Hikmət Hacızadəni kəskin tənqid edib.   A.Qasımlı öz facebook qeydlərini bölüşüb.

Adalet.az həmin fikirləri olduğu kimi təqdim edir: "Hikmət bəy, xətrinizə dəyməsin, sizin bildiyiniz bir iş yoxdur. Bir daha 1992-də sizlərin nədən hakimiyyəti əldə saxlaya bilmədiyiniz məlum oldu. Adınızı "milli demokratik qüvvələr” qoymusunuz, amma danışdığınız manqurtluqdan başqa bir şey deyil. Allah eləməsin ki, bu hakimiyyətdən sonra sizlər hakimiyyətə gələsiniz. Nöqtə. Bir sözlə - gedin pensiyaya, yeriniz oradadır! Xalqımıza yazığım gəldi... Milli siyasət anlayışından uzaqdırlar. Tutuquşu kimi bir sözü on dəfə təkrarlayırlar, amma məzmun sıfırdır”.