adalet.az header logo
  • Bakı 20°C
23 Sentyabr 2014 13:08
3866
SİYASƏT
A- A+

Deputatlarımız beynəlxalq tədbirə qatılacaqlar

Milli Məclisin deputatları Rüfət Quliyev və Fəzail Ağamalı "Həyatın təhlükəsizliyi naminə yollarda təhlükəsizlik” mövzusunda V beynəlxalq konqresdə iştirak etmək üçün sentyabrın 23-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcəklər. MM-dən verilən məlumata görə, tədbir MDB Parlamentlərarası Assambleyasının, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının və ölkənin Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Konqresdə yollarda gənc nəslin təhlükəsizliyinin təmin olunması, gənclər arasında yol nəqliyyat xəsarətləri ilə bağlı problemlərin həlli məsələləri müzakirə olunacaq. Tədbir çərçivəsində beynəlxalq hüquqi sənədlər əsasında yol hərəkəti sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlət siyasətinin prioritetləri və digər mövzularda dəyirmi masalar keçiriləcək. Səfər sentyabrın 28-də başa çatacaq.