adalet.az header logo
  • Bakı 19°C
23 Sentyabr 2014 12:12
6953
MƏMLƏKƏT
A- A+

Bakıda istintaq təcridxanasında nikah - Foto

Cəzaçəkmə müəssisində nikah mərasimi keçirilib. Adalet.az-ın Ədliyə Nazirliyi Penitensiar Xidmətin saytına istinadən məlumatına görə, 3 saylı İstintaq təcridaxanasında saxlanılan Rüstəmov Filidan Əhliman oğlunun və yaxınlarının müraciəti əsasında Penitensiar xidmətin rəhbərliyi onun nikah mərasiminin keçirilməsi üçün müvafiq şərait yaradıb.

Dünən təcridxananın inzibati binasında 2 saylı Bakı "Asan Xidmət" mərkəzinin əməkdaşları Leyla Ağayeva və Aygün Hüseynova tərəfindən Rüstəmov Filidan Əhliman oğlunun vətəndaş Hüseynova Sevinc Sədrəddin qızı ilə nikahı qeydə alınıb.


Yeni ailə quran gənclər yaradılmış şəraitə görə Ədliyyə Nazirliyinin və "ASAN” xidmətin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər