adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Sentyabr 2014 01:53
5742
LAYİHƏ
A- A+

AZƏRBAYCAN MÜƏLLİMLƏR İNSTİTUTUNDA MÜASİRLƏŞMƏ UĞURLA DAVAM EDİR

Respublikamızda son dövrlər aparılan davamlı islahatlar siyasəti ölkəmizin iqtisadiyyatının əhəmiyyətli dərəcə güclənməsinə imkan vermiş, dinamik sosial inkişafı və insanlarımızın rifah halının yaxşılaşdırılmasını təmin etmişdir. Məqsədyönlü iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycan bölgənin ən qüvvətli dövlətinə çevrilib.
İnkişafın innovasiya mərhələsinə keçməsi, rəqabətə davamlılıq milli iqtisadiyyatın formalaşması və inkişaf dinamikasının sürətləndirilməsi başlıca olaraq insan kapitalı ilə bağlı bir çox məsələlərin öz həllini tapmasını, o cümlədən təhsilin dünya standartlarına cavab verməsini tələb edir.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun davamçısı Prezident İlham Əliyevin "neftdən əldə edilən kapitalın insan kapitalının inkişafına yönəldilməlidir" konsepsiyası təhsil işçilərinin qarşısına yeni vəziflər qoyur.
Son vaxtlar Azərbaycanın təhsil sistemində yeniləşmə, islahatların genişlənməsi, elmi nailiyyətlərinin islahata tətbiqi sahəsində irəliləyişlərin olduğunu bir daha diqqətə çatdırır. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət startegiyası" təsdiq olunmuş, ölkə başçısının 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə qüvvəyə minmişdir. Strategiyada birmənalı olaraq göstərilir ki, səriştəli təhsilverənlər, biliklərə əsaslanan iqtisadiyyatı idarə edə biləcək mütəxəssislər dərin erudisiyalı, mükəmməl bacarığa yiyələnmiş kadrlar kimi hazırlanmalıdır. Bunun yolu isə təkcə pedaqoji ustalıqlarla yox, həm də dərin elmi biliklərlə silahlanmış müəllimlər, dərsliklər, maddi-texniki baza, innoativ texnologiyalarla mümkündür.
Respublikanın qabaqcıl elm və təhsil müəssisələrindən biri kimi Azərbaycan Müəllimlər İnstitutu da bu baxımdan fudamental elmi fəaliyyəti ilə getdikcə daha çox fərqlənir.
Fəaliyyətin belə bir effektiv yüksəlişi, təhsilin bütün istiqamətlər üzrə müasirləşməsi institut rəhbərliyinin mükəmməl iş prinsipidir. Əslində bir vacib məqamı qeyd etmək lazımdır ki, institutun rəhbəri, professor Aqiyə xanım Naxçıvanlı bu təhsil müəssisəsinə rəhbər təyin olunandan mövcud nöqsanların aradan qaldırılması və müasirləşmə prosesi ardıcıllıqla davam etmişdir. Bu təhsil ocağının regionlarda faəliyyət göstərən filialları məhz həmin prinsipiallığın nəticəsi olaraq elmi uğurlara yiyələnməkdədir.
Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı da regionda həm kadr hazırlığı, həm də bölgələrdə elmin inkişafına əhəmiyyətlə töhfələr verir. Biz bu təhsil müəssisəsinin fəaliyyətindən, tədris proseslərindən əvvəllər söhbət açmışıq. Filialda tələbələrin elmi dünya görüşünü formalaşdıran müxtəlif məzmunlu tədbirlərə də xüsusi həssaslıqla yanaşılır. Elə bu dərs ilinin başlanğıcında - Bilik günündə də bunu hiss etmək mümkün idi. Tədbirdən əvvəl filialın professor-müəllim heyəti və tələbələr şəhər parkında ümümmilli lider Heydər Əliyevin xatirəsinə ucaldılan abidəni ziyarət etmiş, abidənin önünə tər çiçəklər qoymuşlar.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır. Sonra söz filialın direktoru, professor Orucəli Rzayevə verilmişdir. Respublikada təhsil sahəsində gedən qlobal islahatların filialın pedaqoji kollektivi qarşısında geniş üfüqlər açdığını diqqətə çatdıran direktor son illər bu təhsil müəssisəsinin yüksək nəticələrə nail olduğunu qeyd etmişdir. O. Rzayev demişdir:
- Bu il tələbələrimizin Azərbaycan Müəllimlər İnstitutunda keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümünə həsr olunmuş VIII Respublika konfransında filialımızı təmsil etmiş və Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Məhərrəm Şükürov I yerə layiq görülmüşdür. Təhsilini yenicə başa vurmuş məzunlarımızdan bir qismi respublikanın aparıcı ali məktəblərinin magistraturasına qəbul olunmuşlar. Bu uğurlar ildən-ilə genişlənir. Daha bir fərəhli hal o olmuşdur ki, professor-müəllim heyətinin bir üzvü fəlsəfə doktoru proqramı üzrə müvəffəqiyyətlə dissertasiya müdafiə edərək alimlik dərəcəsi alımşdır. 2012-ci ilin mayında Zaqatalada baş verən dağıdıcı zəlzələdən sonra filialın tədris binası qəzalı vəziyyətə düşmüş, ölkə rəhbərliyinin və əlaqədar nazirliklərin qayğısı və ciddi səyi nəticəsində yeni ali məktəb binasının tikilməsi qərara alınmışdır. Bu çox qısa müddətdə yüksək standartlar əsasında inşa olunan bina artıq hazırdır. Yaxın günlərdə onun istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Hazırda ölkəmizdə dünyanın mütərəqqi təhsil sistemlərinə uyğun islahatlar həyata keçirilir. Azərbaycanın təhsil sistemi dünya təhsil sisteminin standartlarına uyğunlaşdırılır, təhsilə, müəllim və tələbələrə dövlət qayğısı daim artır.g
Sonda filialın direktoru, professor O.Rzayev yüksək balla qəbul olunmuş gənclərin böyük bir qrupuna tələbəlik vəsiqəsini vermiş və ümummili lider Heydər Əliyevə həsr olunmuş "Şəxsiyyətin qüdrəti" kitablarını təqdim etmişdir.

Məzahir ƏHMƏDOĞLU
Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə