adalet.az header logo
  • Bakı 19°C
23 Sentyabr 2014 11:36
5832
MƏMLƏKƏT
A- A+

Millət vəkilinə vəhhabi dedilər

Millət vəkilinə yasları idarə edə mollarlardan biri vəhhabi deyib. Bunu ehsanların yığışdırılması ilə əlaqələndirən molla bu işin vəhhabilər tərəfindən görüldüyünü başlarında da Fazil Mustafanın dayandığını iddia edib. Bu haqda millət vəkili öz rəsmi "facebook” hesabında məlumat verib. Həmin yazını sizə təqdim edirik: "Dostlardan biri məlumat verdi ki, dünən Bakıxanov qəsəbəsində yas məclisini aparan molla, ehsanların yığışdırılması ilə bağlı belə bir izah verib: Yaslarda yemək yemək bizim milli adətimizdir, ehsan verməməyi təbliğ edənlər vəhabilərdir, onların başında da Fazil Mustafa durur. Demək ki, ehsan mafiyası artıq öz müqavimət formasını tapıb. Qarınlarını doydormaq üçün yoxsul insanların izdirabdan qurtulmasını belə əngəlləməyə çalışırlar. Həmin mollanın kimliyini araşdırıram və təbii ki, məsələnin mənbəyinə gedib çıxmağa çalışacağıq. Maraqlıdır ki, dünən İrandan idarə olunduğu bəlli olan Şanlı İldırım adlı profildən də təhqiramiz mesaj aldım və orada da məni Yəhudilərə işləməkdə suçlayırdı. Ötən günlərdə də burada paylaşmışdım, xüsusi xidmət orqanlarımızla bağlılığı olan bir ilahiyyatçı Türkiyə kanalında məni Nurçu adlandırmışdı. İndi qalmışam məhəttəl, bunlar arasında görünür ki, koordinasiya yoxdur ki, müəyyən etsinlər ki, Mən kiməm! Aşıq Ələsgər gözəl demiş, deyilmi:
Hərcayıdan, müxənnəsdən, nakəsdən, 
Nə qalmadı sənətkara dəyməmiş.
Dostlar, bu yolda hər şey deyəcəklər, Allahı, İnsanı və Vətəni sevməyin bəlkə də çiləsidir bu. Devlərin aşqı da, çiləsi də böyük olur!”